Rusiya irəliləyir: Ukraynanın bu vilayətinə cəmisi 12 km qaldı

26.11.2024

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Rusiya hərbi bölmələrinin bəzi ərazilərdə Dnepropetrovsk vilayətinə daxil olması üçün 12 km məsafə qalıb.

Publika.az xəbər verir ki, bu barədə təhlükəsizlik güclərindəki mənbə TASS-a bildirib.

"Cəbhənin bir sıra sektorlarında Rusiya mövqelərindən birbaşa məsafə 12 km-dən çox deyil", - deyə mənbə bildirib.

Bundan əlavə, bildirilir ki, rus qoşunları Donetksin Velikaya Novoselka kəndinin cənub-şərqinə yaxınlaşıb. Hazırda orada döyüşlər gedir.

Adəm Abbaslı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью