Rusiya: İrəvan “Titanik”ə bilet alıb, eyni vaxtda Aİİ və Aİ yə üzv olmaq mümkün deyil

24.01.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Ermənistan Milli Assambleyasının Avropaya inteqrasiya komitəsi Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, təsdiqdən əvvəl Aİ-yə qoşulmaq üçün imzaların toplanması təşəbbüsü ilə çıxış edən deputatlar və qərbyönlü qüvvələrin üzvlərinin iştirakı ilə qızğın müzakirələr aparılıb.

Sənəd müvafiq komitə tərəfindən təsdiqləndikdən sonra plenar iclasda müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti qanun layihəsini bəyənərək parlamentə göndərib.

Ermənistan hökumətinin qərarını şərh edən Kreml bəyan edib ki, eyni zamanda Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Aİ-yə üzv olmaq mümkün deyil. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi, Ermənistanın Aİ-yə üzvlük istəyinin nə demək olduğunu indidən söyləmək çətindir.

Daha sonra Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, Rusiya qanun layihəsinin müzakirəsinə İrəvanın “Titanik”ə bilet almaq qərarını müqayisə edərək, İrəvanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью