Rusiya İrəvanı tələsdirir: Yekun qərar verin

25.06.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya tərəfi İrəvanın KTMT-də iştirakı ilə bağlı qərar qəbul etməsini gözləyir.

"Yeni Sabah" RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib.

Rusiya tərəfinin Ermənistandan hansı tədbirlərin görülməsini gözlədiyinə dair suala cavab olaraq o deyib: "Qərar qəbul etmək - təşkilatda qalmaq və ya başqa bir ssenariyə üstünlük vermək. Onlar bu barədə bizə məlumat verməlidirlər". pizza sifarişi

Bir müddət əvvəl Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünün davam etdirilməsinin təşkilat rəhbərliyində ətraflı müzakirə ediləcəyini bildirmişdi.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью