Rusiya işğal etdiyi Gürcüstan torpaqlarını qaytarmaq istəmir, əksinə müxtəlif ölkələrə hücumları gözlənilir

19.04.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili hesab edir ki, Rusiya ilə diplomatik münasibətləri bərpa etmək hələlik mümkün deyil. “İmedi” telekanalının efirində Boçorişvili bəyan edib ki, Rusiya ilə münasibətləri bərpa etmək üçün Gürcüstan ərazilərinin işğalı məsələsini həll etmək lazımdır. “Sual sadədir və hamı bilir ki, diplomatik münasibətlərin bərpasına mane olan nədir – ərazilərimizin işğalı”. Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Rusiyadan münasibətlərin bərpası ilə bağlı bəyanatlar həmişə gürcü müxalifətinin hazırkı hakimiyyətinə qarşı hücuma səbəb olur. Bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Gürcüstanla münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib. Kreml nümayəndəsi vurğulayıb ki, Rusiya tərəfi buna hazır olan bütün ölkələrlə yaxşı münasibətlər qurmaqda maraqlıdır.

Cross Media Təhlil Mərkəzinin eksperti, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, onun fikrincə, Gürcüstanın bu tələbi və səsləndirdiyi bəyanat haqlı mövqedir. Yəni Rusiya beynəlxalq hüququ kobudcasına pozaraq başqa bir dövlətin ərazisini işğal edib, öz qonşusunun ərazisini işğal edib və illərdir ki, bu işğal davam edir.

Mübariz Göyüşlü, Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Belə bir situasiyada təbii ki, Rusiya ilə Gürcüstan arasında Gürcüstanın tələbi nəticəsində münasibətlərin qurulmaması və yaxud bu məsələdə Gürcüstanın bu şəkildə çıxış etməsi doğru mövqe sayılır”-deyə siyasi şərhçi qeyd edib.

Rusiyanın işğal etdiyi torpalaqrı geri qaytarmaq məsələsi ilə bağlı Mübariz Göyüş bildirib ki, Rusiyanın davranışlarında bunu görmək çətindir.

“Rusiya nəinki Rusiya Gürcüstanın işğal etdiyi torpaqlarını qaytarmaq fikrindədir, eyni zamanda Ukraynanın da torpaqlarını işğal edir. Hətta bu aqressiya ilə Rusiya Qazaxıstana və başqa ölkələrə hücumlar edə bilər. Bu mənada Gürcüstanın da torpaqlarının Rusiya tərəfindən qaytarılma ehtimalını ən azı yaxın perspektivdə görmürəm. Təbii ki, torpaqların qaytarılması lazımdır. Rusiya yanlış yoldadır. Bu cür işğal siyasəti ilə, imperialist siyasət ilə dövlət saxlamaq olmaz və gələcəyə belə aqresiyya ilə getmək olmaz. Qonşularla belə gərgin münasibətlər ölkəni irəli aparmaz”-deyə Mübariz Göyüş əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью