Rusiya işğalçılarına qarşı döyüşdə yaralanmış soydaşımız uğurla əməliyyat olundu...

18.01.2025

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təyyar Bəşirzadə  bədənindəki qəlpənin xaric edildiyini və özünü rahat hiss etdiyini bildirib...

Xəbər verdiyimiz kimi, Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinin Putin işğalçılarından müdafiəsi zamanı yaralanmış əslən Bərdə rayonunun Alpoud kəndindən olan soydaşımız Təyyar Bəşirzadə bu gün hospitalda əməliyyat olunmalıydı.  

Moderator.az əməkdaşı az əvvəl yaralı həmyerlimizlə əlaqə saxlayıb.

Təyyar Bəşirzadə əməliyyatın uğurla keçdiyini, həkimlər tərəfindən bədənindəki qəlpənin xaric edildiyini və özünü rahat hiss etdiyini bildirib.

Qeyd edək ki, Təyyar Bəşirzadə uzun illərdir Ukraynanın Ternopıl şəhərində yaşayır, Ukrayna vətəndaşıdır. O, müharibəyə qədər bu ölkədə idman sahəsində fərqlənən azərbaycanlılardan olub...

S. Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью