Rusiya işgəncələrə qarşı Avropa konvensiyasından çıxır | Icma.az
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır. Rusiya hökuməti işgəncələrin və qeyri-insani, ləyaqəti alçaldan rəftar və cəzanın
“Current Times” yazır ki, Baş nazir Mixail Mişustin bununla bağlı sənədi imzalayaraq prezidentə təqdim edib.
Qərara əsasən, Rusiya həm konvensiyadan, həm də ona qoşulmuş protokollardan çıxacaq.
Məlum olduğu kimi, 2022-ci ilin martında Ukraynaya genişmiqyaslı hücumdan sonra Rusiya Avropa Şurasından çıxarılmışdı.
Həmin ilin 16 sentyabrından isə Moskva Avropa İnsan Haqları Konvensiyasının iştirakçısı statusunu itirib və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yurisdiksiyasından çıxıb.
Bununla belə, 2024-cü ilin noyabrında İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi (CPT) bəyan edib ki, konvensiya açıq sənəd hesab olunur və Rusiya Avropa Şurasından kənarlaşdırılsa belə, öhdəliklərini yerinə yetirməlidir.
Komitə Rusiya hakimiyyətinə bir sıra sorğular göndərib, o cümlədən müxalifətçi Aleksey Navalnının ölümü ilə bağlı məlumat istəyib.
Lakin CPT bu sorğulara cavab almadığını, həmçinin Rusiyanın monitorinq səfərlərinə də icazə vermədiyini bildirib.
Tam oxu
Xəbəri oxu