“Rusiya İslam Dünyası: KazanForum 2025” keçirilir

15.05.2025

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Tatarıstanın paytaxtı Kazan şəhərində “Rusiya - İslam Dünyası: KazanForum 2025” 16-cı Beynəlxalq İqtisadi Forumu keçirilir.
Newscenter.az RİA-Novosti-yə istinadən bildirir ki, forumun ilk günündə 46 işgüzar proqram sessiyası keçirilib. Günün sonuna kimi 19 müqavilə imzalanıb.
Forum çərçivəsində “RUSSIA HALAL EXPO” beynəlxalq sərgisi təşkil olunub. Buraya Özbəkistan, Türkmənistan, Türkiyə, Mərakeş, BƏƏ, İran, Azərbaycan, Bəhreyn, Qırğızıstan, Qazaxıstan və Seneqal daxil olmaqla 12 ölkədən 54 stend, habelə Rusiyanın 11 regionundan stend sərgidə nümayiş edilib.
Forum çərçivəsində Beynəlxalq Əmlak Bazarı daşınmaz əmlak sərgisi də açılıb.
Bundan əlavə, forum çərçivəsində Oman, Pakistan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Rusiya, Azərbaycan, Qırğızıstan komandalarının iştirak etdiyi uşaq futbolu üzrə “Şərq kuboku” turniri də keçirilib. İşgüzar proqramın idman sessiyasından sonra “Rubin” futbol klubu ilə İƏT ölkələrinin futbol klubları arasında əməkdaşlıq memorandumu imzalanıb.
Cavid İmaməliyev
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью