Rusiya İsrailə xəbərdarlıq etdi: Colan təpələri ilə bağlı | Icma.az
Icma.az, Publika.az saytına istinadən bildirir. Rusiya Colan təpələrinin İsrail tərəfindən ilhaqını qəti şəkildə qəbuledilməz hesab edir.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkov bildirib.
Ryabkov deyib ki, İsrail 1974-cü ildə Suriya ilə əldə edilmiş razılaşmanın tam icrasına qayıtmalıdır.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu 1974-cü ildə silahsızlaşdırılmış bufer zonasının yaradılması ilə bağlı razılaşmanın Suriya əsgərlərinin mövqelərini tərk etməsi nəticəsində iflasa uğradığını bildirib.
Adəm Abbaslı Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu