Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrailin Suriyanın İdlib şəhərində yerləşən Əbu əz-Zuhur hərbi aviabazasına zərbə endirməsi Yaxın Şərqdə gərginliyi daha da artırıb.
“Cebheinfo.az” xəbər verir ki, Rusiyanın general-leytenantı Apti Alaudinov İsrailin son addımlarını sərt şəkildə tənqid edib.
Alaudinov İsrailin ABŞ və NATO-nu müharibəyə cəlb etməyə çalışdığını və İsrailin öz gücünü həddindən artıq şişirtdiyini bildirib:
“İsrail öz gücünü həddindən artıq şişirdir, bu təcavüz onun dövlət kimi mövcudluğuna son qoyacaq”.Rusiyanın TASS agentliyinə danışan Alaudinov Yaxın Şərqdə vəziyyətin getdikcə pisləşəcəyini deyib.O, münaqişənin daha da genişləndirilməsinin İsrailin əsas məqsədi olduğunu qeyd edib:
“Yaxın Şərqdəki müharibənin yalnız daha da genişlənəcəyini başa düşməliyik. Məncə, İsrailin məqsədi məhz budur: münaqişəni mümkün qədər genişləndirmək və həm ABŞ-ni, həm də bütün NATO blokunu bu qarşıdurmaya cəlb etmək.
Lakin sonda İsrail öz gücünü olduğundan artıq qiymətləndirəcək və bir dövlət kimi mövcudluğunu davam etdirə bilməyəcək”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin