Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Rusiya İsraili Suriyanın Palmir şəhərinə aviazərbələr endirdiyinə görə qınayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. APA-nın xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsrailin Suriyanın Palmir şəhərinə aviazərbələri ilə bağlı bildirib ki, ölkəsi Suriya hakimiyyətinin məlumatına əsasən, 36 nəfərin ölümü və 50-dən çox insanın yaralanması, yaşayış binalarının əhəmiyyətli dərəcədə dağılması ilə nəticələnən bu hücumu qətiyyətlə pisləyir.
"İsrailin Suriya ərazisində bu zorakı hərəkəti, eləcə də ondan əvvəlki bütün hərəkətlər bu ölkənin suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulmasıdır", deyə Rusiya XİN sözçüsü adından yayılan bəyanatda qeyd olunub.