Rusiya istədiyini edir və Trampı dinləmir

08.04.2025

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İki aydan çoxdur Ukrayna müharibəsini bitirmək üçün danışıqlar aparan ABŞ prezidenti Donald Tramp son günlər Ukraynaya artan hava hücumları ilə bağlı Rusiyaya xəbərdarlıq edərək: "Bombalamaları dayandırın. Bu tendensiya xoşuma gəlmir" deyib.

Bizimyol.info xəbər verir ki, ötən gün Ağ Evin mətbuat korpusuna Ukrayna müharibəsi ilə bağlı danışan Tramp Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya lideri Vladimir Putinin "sülh tərəfdarı olduqlarını desələr də, Rusiyanın Ukraynaya hücumunun davam etdiyi"nə diqqət çəkib: O: "Bu, heç xoşuma gəlmir. Rusiya tərəfi ilə danışırıq. Ümid edirəm ki, onların etdiklərini dayandıracaqlar", - deyib.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ liderinin xəbərdarlığına belə cavab verib: "Prezident Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir. Bununla belə, Rusiyanın bunun mümkün olması üçün cavab gözlədiyi bir sıra sual işarələri var. Ukrayna münaqişəsinin həlli üçün axtarılan düstura Rusiyanın maraqlarına məhəl qoymadan nail olmaq olmaz".

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью