Rusiya Kadırovun istəyini rədd etdi

12.10.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Rusiya Mərkəzi Bankı yeni 500 rublluq əsginasın simvolunu seçmək üçün keçirilən onlayn səsverməni ləğv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, müəyyən obyektlər üzrə səslərin sayını texniki cəhətdən artırmaq üçün çoxsaylı cəhdlər müşahidə olunub. Bu isə obyektiv nəticələrin əldə olunmasına mane olub.

Mərkəzi Bank səsverməni yenidən keçirəcəyini vəd edib:

Əsginasın üzərində Şimali Qafqazın simvollarından biri əks olunmalı idi. Aparıcı namizədlər arasında Elbrus dağı və Qroznı-Siti kompleksi yer alırdı.

Qeyd edək ki, sözügedən simvolların seçilməsində Çeçenistan lideri Ramzan Kadırov aparıcı rol oynayırdı.

Tahir Turan
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью