Rusiya Kanadaya diplomatik demarş elan etdi

28.03.2025

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Kanadanın Rusiya səfirinin müavini Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi xəbərdarlıq (demarş) təqdim edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Kanadanın Rusiyadakı səfirinin rusofob xarakterli şərhləri buna səbəb olub.

Rusiya tərəfi, xüsusilə, nasistlərin törətdiyi vəhşiliklərə bəraət qazandırmaq cəhdlərini kəskin şəkildə pisləyib və Kanadanın tarixi siyasi maraqlara uyğun saxtalaşdırmaq cəhdlərinin yolverilməz olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью