Icma.az, Axar.az saytına istinadən bildirir.
Rusiya müxalif siyasətçi Vladimir Kara-Murzanı axtarışa verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında məlumat yer alıb.
Onun hansı maddə ilə axtarışa verildiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, Vladimir Kara-Murza 2024-cü ilin avqustunda həbsdən azad edilərək ABŞ-a getmişdi.