Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Aralıq dənizində, Suriya sahillərinə yaxın ərazidə Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Kildin” kəşfiyyat gəmisinin göyərtəsində yanğın baş verib.
Bizimyol.info xəbər verir ki, "Associated Press"in məlumatına görə, insident yanvarın 23-də baş verib, lakin Rusiya hakimiyyəti insidentlə bağlı ictimaiyyətə məlumat verməyib.
Nəşrin məlumatına görə, gəminin ekipajı hadisə yerinə yaxın olan NATO gəmisinin yardım təklifini rədd edib.
AP jurnalistləri yanğın faktını təsdiqləyən materiallar - videoyazılar, fotoşəkillər və danışıqların audio səs əldə ediblər.
Mənbələrə görə, qeydlər vəziyyəti izləyən alyansın hərbi gəmisi tərəfindən toplanıb.
Audioda rus dənizçilərinin NATO gəmisinə ünvanladığı xəbərdarlıqda: "Döyüş gəmisi sizin kursunuzdadır. Mən sürürəm.
Mən komandan deyiləm", - deyə “Kildin” ekipajının nümayəndəsi bildirib.