Rusiya kəşfiyyat PUA sı Türkiyədə qəzaya uğrayıb

19.12.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Rusiyamənşəli pilotsuz uçuş aparatı (PUA) Türkiyənin Kocaeli vilayətində kənd ərazisində qəzaya uğrayıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, yerli sakinlər tərəfindən tapılan PUA təşvişə səbəb olub.

İlkin araşdırmalar nəticəsində PUA-nın bəzi hissələrinin qəza nəticəsində zədələndiyi və qırıldığı aşkar edilib.

Təhlükəsizlik qüvvələri dərhal hərtərəfli araşdırmaya başlayıblar.

Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı rəsmi açıqlamada dronun Rusiyaya məxsus "Orlan-10" tipli olduğu, kəşfiyyat və müşahidə məqsədləri üçün istifadə edildiyi vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью