Rusiya kəşfiyyatı: “Paris Afrikada neokolonial çevrilişlər planlaşdırır”

02.02.2026

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Makron kəşfiyyat orqanlarına "arzuolunmaz liderləri" aradan qaldırmaq üçün plan hazırlamağa icazə verib”

“Paris Afrika qitəsində neokolonial çevrilişlər planlaşdırır və Afrikada "siyasi qisas" üçün imkanlar axtarır”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu ifadələr Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) açıqlamasında yer alıb.

Bildirilib ki, "Fransa Afrikada neokolonial çevrilişlər hazırlayır".

Qeyd olunub ki, XKX-yə daxil olan məlumata görə, "Emmanuel Makron administrasiyası Afrikada "siyasi qisas" üçün çaşqınlıqla imkanlar axtarır".

Əlavə edilib ki, Makron kəşfiyyat orqanlarına "arzuolunmaz liderləri" aradan qaldırmaq üçün plan hazırlamağa icazə verib.

XKX qeyd edib ki, "Ya Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün Amerika əməliyyatından ilhamlanaraq, ya da özünü Afrika xalqlarının taleyinin hakimi kimi təsəvvür edərək, Makron kəşfiyyat xidmətlərinə Afrikada "arzuolunmaz liderləri" aradan qaldırmaq üçün plan hazırlamaq göstərişi verib".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью