Rusiya Kiyev və Xarkovu dondurur Enerji atəşkəsinə riayət olunmadı

03.02.2026

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Donald Tramp Vladimir Putinin ona bir həftə Ukraynanın dinc şəhərlərinin enerji infrastrukturuna zərbə endirməyəcəyinə vəd verdiyini söyləmişdi. Lakin bu enerji atəşkəsi heç 5 gün də davam etmədi və 20 dərəcəli şaxtaya baxmayaraq, dünəndən Ukraynanın iri şəhərləri Rusiyanın kütləvi raket və PUA hücumlarına məruz qalır.

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, 3 fevral gecəsi Rusiya qüvvələri Kiyevə daha bir kütləvi hücum təşkil edib. Nəticədə paytaxtın bir neçə rayonuna ziyan dəyib, iki böyük rayon isə tamamilə istiliksiz qalıb.

Kiyev meri Vitali Kliçko bildirib ki, düşmənin paytaxt infrastrukturuna hücumu nəticəsində Darnitski və Dnepr rayonları hazırda əsasən istiliksizdir. Şəhərdə ümumilikdə 1170 çoxmərtəbəli bina istiliksiz qalıb. Kommunal və enerji şirkətləri bərpa işlərinə başlayıblar.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, düşmənin Kiyevə hücumunun nəticələri beş rayonda qeydə alınıb: Darnitski, Desnyanski, Dnepr, Peçerski və Şevçenko.

Ruslar həmçinin gecə saatlarında Xarkovun enerji infrastrukturunu hədəf alıblar. 6 saata yaxın davam edən PUA və raket hücumu nətcəsində Ukraynanın ikinci böyük şəhəri olan Xarkovun enerji və istilik infrastrukturu iflic olub, xeyli dağıntılar var.

Beləliklə, Ukraynanı guya neonasizmdə ittiham edən Rusiya özü faktiki olaraq, dinc əhaliyə qarşı faşist Almaniyasından geri qalmayan üsullarla mübarizə aparır. 

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью