Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Ukraynanın Kiyev vilayətinə ballistik raket hücumu nəticəsində Borispol rayonunda 1 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko öz Teleqram kanalında məlumat yayıb.
T.Tkaçenkonun sözlərinə görə, anbar, avtomobil dayanacağı, nəqliyyat vasitələri, şəxsi evlər və yanacaqdoldurma stansiyası da zərər görüb.
Həmçinin, "Baza" kanalının məlumatına görə, Kiyev vilayətindəki Borispol hava limanına da güclü zərbə endirilib.
İlkin məlumata görə, aerodroma kaset döyüş başlıqlı təxminən 7 raket düşüb və ərazidən böyük, qatı tüstü sütunu qalxır. Daha əvvəl orada Ukrayna hava hücumundan müdafiə mövqeləri və logistika obyektlər yerləşirdi.