Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevdə Şimal və Cənub körpülərinə raket zərbələri endirdiyi bildirilir.
Ukrayna mediasının məlumatına görə, hücum zamanı “İsgəndər-M” ballistik və “Sirkon” hipersəs raketlərindən istifadə olunub.
Bundan əlavə, Ukraynanın Çerkassı və Dnepr şəhərlərinə də zərbələr endirildiyi bildirilir.
Zaporojye vilayət administrasiyasının məlumatına görə, hücum nəticəsində bölgədə sənaye infrastrukturu obyekti zərbəyə məruz qalıb.
Pavloqrad və Smela şəhərlərində də partlayış səslərinin eşidildiyi qeyd olunur.
Hücumlar fonunda Kiyevin bəzi rayonlarında elektrik enerjisi və su təchizatında fasilələr yaranıb.
Dağıntıların miqyası və mümkün insan tələfatı barədə hələlik məlumat yoxdur.
Körpülərin vurulması və istifadə edildiyi bildirilən raket növləri barədə məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.