Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Müdafiə Nazirliyi Kiyev vilayətinin Brovarı şəhərində Ukrayna Silahlı Qüvvələrinə məxsus logistika mərkəzinin vurulduğunu açıqlayıb.
BAKU.WS Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, zərbə "Geran-4" tipli pilotsuz uçuş aparatları ilə həyata keçirilib. Qurum hadisə ilə bağlı görüntülər də yayıb.
Rusiya tərəfi həmçinin Ukraynanın nəqliyyat və yanacaq-enerji infrastrukturu, logistika mərkəzləri və pilotsuz uçuş aparatlarının yığılması sexlərinin də hədəfə alındığını bildirib.