Axar.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya ordusu Kiyevdə yaşayış və mülki binaları raket və PUA-larla atəşə tutub.
Axar.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.
“Hücum zamanı raket qalıqları Kiyevdə yaşayış binasının həyətinə düşüb. Nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb”, - mer bildirib.
Darnitski rayonunda dağıntılar yataqxananın üzərinə düşüb, Dneprovski rayonunda isə tibb müəssisəsinə ziyan dəyib.
Hadisə yerində xilasedicilər və təcili yardım xidmətləri çalışır. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.