Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya ordusu Kiyevdə Dnepr çayı üzərindəki üç körpüyə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.
Məlumata görə, Podolsk-Voskresenski, Cənub və Darnitski körpüləri hücuma məruz qalıb.
“Paytaxta endirilən ballistik raket zərbəsi nəticəsində Podolsk-Voskresenski körpüsünə ziyan dəyib. Hazırda sağ sahildən sol sahilə nəqliyyatın hərəkəti dayandırılıb.
Cənub körpüsünə də zərbə endirilib. Hazırda körpüdə hərəkət məhdudlaşdırılıb. Yalnız çəkisi 10 tona qədər olan nəqliyyat vasitələrinin və çəkisi 18 tona qədər olan ictimai nəqliyyat vasitələrinin, xüsusilə sol sahildən sağ sahilə doğru keçməsinə icazə verilir”, - Kliçko bildirib.
Onun sözlərinə görə, Darnitski körpüsünə dəymiş ziyanın miqyası isə hava həyəcanı siqnalı başa çatdıqdan sonra qiymətləndiriləcək.