Rusiya Kiyevdəki körpünü vurdu

07.11.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gecə Rusiya qoşunları Ukraynanın paytaxtı Kiyevə və bir sıra regionlara kütləvi hücumlar həyata keçirib. Əsas hədəflərdən biri isə Kiyevdəki Şimal körpüsü olub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

"Bu gecə Rusiya Silahlı Qüvvələri Kiyev və Kiyev bölgəsindəki hərbi-sənaye, enerji və nəqliyyat infrastrukturu obyektlərinə yerüstü dəqiq silahlar və hücum dronlarından istifadə edərək kütləvi hücum həyata keçirib.

Kiyevdə Ukrayna Silahlı Qüvvələri üçün silahların, hərbi və xüsusi texnikanın daşınmasını asanlaşdıran “Severnı” (Şimal) körpüsü zədələnib", - deyə məlumatda qeyd olunub.

Əhməd
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью