Rusiya Kiyevə ballistik raketlə hücum edib | Icma.az
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dekabrın 31-nə keçən gecə Rusiya Federasiyası Ukraynaya ballistik raketlər atıb və Kiyevdə partlayışlar baş verib.
Bizimyol.info xəbər veritr ki, saat 03:00-da Hərbi Hava Qüvvələri şimal-şərqdən ballistik silahlardan istifadə təhlükəsi barədə məlumat verib və Kiyev sakinlərini sığınmağa çağırıb.
11 dəqiqədən sonra hərbçilər qərbə doğru gedən Şostka bölgəsində yüksək sürətli hədəfi müşahidə ediblər.
Paytaxt meri Vitali Kliçko öz Telegram kanalında yazıb ki, Kiyevdə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir.
Atışmanın mümkün nəticələri barədə məlumat verilməyib. "Rusiya kamikadze pilotsuz uçuş aparatlarının növbəti reydi hazırda davam edir.
Pilotsuz uçuş aparatları Poltava vilayətinin cənub hissəsində, Sumı və Poltava vilayətlərinin sərhədində, eləcə də Sumı vilayətinin şərq hissəsində qeydə alınıb", - deyə ordunun verdiyi məlumatda qeyd edilib.
Yada salaq ki, Yeni İl günü Rusiya işğal ordusu Ukrayna ərazisinə 180-dən çox pilotsuz uçuş aparatı və müxtəlif tipli raketlər buraxıb.
Tam oxu
Xəbəri oxu