Rusiya Kiyevə kütləvi hücuma keçib VİDEO

04.07.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

İyulun 4-nə keçən gecə Rusiya qüvvələri Kiyevə, o cümlədən Julyanı aerodromuna və Vasilkov hərbi aviabazasına kütləvi hücuma keçib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb. 

Zədələnmiş Julyanı aerodromunun Patriot hava hücumundan müdafiə raket sisteminin yerləşdiyi yer olduğu bildirilir. Enerji infrastrukturu obyektlərinə də ziyan dəydiyi bildirilir.

Ukrayna Dəmir Yolları paytaxtın dəmir yolu infrastrukturuna ziyan dəydiyini bildirib. Yerli xəbər portalları Kiyevin cənubunda havanın keyfiyyətinin normadan 16 dəfə yüksək səviyyəyə kəskin pisləşdiyini bildirir.

Gülayə Mecid 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью