Rusiya Kiyevə raket hücumu edib, ölən və yaralananlar var

18.01.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Rusiya ordusu Kiyevə ballistik raket hücumu həyata keçirib.
APA “Unian”a istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.
Məlumata görə, səhər saatlarında Rusiya Kiyevə ballistik raket zərbəsi endirib.
Hücum nəticəsində 4 mülki şəxs ölüb, 3 nəfər yaralanıb.
Kiyev meri Vitali Kliçko bildirib ki, Şevçenkovski rayonunda dağıntılar qeydə alınıb. Metronun “Lukyanovskaya” stansiyasına ziyan dəyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью