Rusiya Kiyevi atəşə tutub Mülki insanlar yaralanıb

05.05.2025

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə PUA-larla hücum şəkib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Kiyev Şəhər Hərbi İdarəsi yayıb.

Bildirilib ki, şəhərin müxtəlif bölgələri vurulub: "Nəticədə 2-si uşaq olmaqla 11 nəfər yaralanıb".

Prezident Vladimir Zelenski isə bildirib ki, Rusiya ordusunun Kiyev, Xarkov, Nikolayev və Çerkassı şəhərlərinə son sutkada 165 PUA ilə hücum edib: "Ruslar 9 mayda atəşkəs istəyir, lakin hər gün Ukraynaya hücum edirlər. Bu, ən yüksək səviyyədə məzələnməkdir...".

Samir Musayev
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью