Rusiya Kiyevi ballistik raketlərlə vurub: Şiddətli yanğınlar, çoxsaylı yaralı və ölü

25.10.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rus ordusu 25 oktyabr səhər saatlaırnda  Kiyevə ballistic raket zərbəsi endirib. Şəhəri silkələyən bir sıra güclü partlayışlar Kiyevin Darnitski və Desnyanski rayonlarında qeydə alınıb. 
Ölkə.az xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, raket zərbəsindən sonra güclü yanğınlar baş verib və  nəticədə 8 nəfər yaralanıb. 
Mer bildirib ki, raket zərbəsi nəticəsində yaralılaırn sayının artması olacağı istisna deyil.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumatına görə, son günlərdə rus ordusu davamlı olaraq  Kiyevə raket zərbələri endirməkdədir. “Oktyabrın 22-dən 23-nə  keçən gecə aviazərbələr nəticəsində 2 nəfər ölüb, 5-i uşaq olmaqla 21 nəfər yaralanıb.
Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью