Rusiya Kiyevi bombaladı: 9 ölü, 63 yaralı FOTOLAR

24.04.2025

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya raket və pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın paytaxtı Kiyev şəhərinə hücum edib.

Modern.az-ın məlumatına görə, Ukrayna Xilasetmə Xidməti bildirib ki, gecə baş verən hücum zamanı 9 nəfər ölüb.

Zərbələr nəticəsində 63 nəfər xəsarət alıb, 6-sı uşaq olmaqla 42 nəfər xəstəxanaya yerləşdirilib.

Xilasedicilər yaşayış binalarının dağıntıları altında olan insanların axtarışlarını davam etdirdiklərini bildirirlər.

Fövqəladə Hallar Dövlət Xidmətinin yazdığına görə, qarajlarda, eləcə də bəzi inzibati və qeyri-yaşayış binalarında yanğınlar baş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью