Rusiya Kiyevi raket atəşinə tutdu: 7 yaralı Video

23.10.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Kiyevi raket və PUA-larla atəşə tutub.

Axar.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.

“Paytaxta düşmən hücumu nəticəsində yeddi nəfər yaralanıb. Onlardan beşi xəstəxanaya yerləşdirilib, ikisinə isə ambulator yardım göstərilib.

Podolsk rayonunda üç yaşayış binasında yanğın baş verib, həyətyanı sahələrdə bir neçə avtomobil yanıb. Partlayış dalğası bir neçə evin, məktəbin və uşaq bağçasının pəncərələrinə zərər vurub”, - Kliçko qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью