Rusiya Kiyevi vurdu: 3 ölü, 7 yaralı...

08.09.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Kiyevdə hava hücumları nəticəsində iki nəfər ölüb. Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, üç günlük atəşkəsdən sonra bazar ertəsindən çərşənbə axşamına keçən gecə Rusiya aviasiyasının Ukrayna paytaxtına endirdiyi hava zərbələri nəticəsində ən azı iki nəfər həlak olub, yeddi nəfər yaralanıb. Ölənlərin sayının artacağı ehtimal olunur.

Xəbərdə qeyd olunur ki, çərşənbə axşamı səhər Kiyevdə güclü partlayışlar eşidilib. Paytaxtın hərbi administrasiyası raket hücumu barədə məlumat verib və sakinləri sığınacaq tapmağa çağırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Kiyevə səfərləri və müharibəyə son qoymaq məqsədi daşıyan danışıqlar səbəbindən üç günlük fasilədən sonra Rusiya hücumları yenidən başlayıb.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью