Rusiya Kiyevi vurdu 6 səfirlik zədələndi

20.12.2024

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Dekabrın 20-də Rusiyanın raket hücumları nəticəsində Kiyevdə 6 ölkənin səfirlikləri zədələnib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Giorgi Tixi brifinq zamanı bildirib.

"Bu gün Kiyevdə bir binada yerləşən bir sıra səfirliklərə ziyan dəyib. Albaniya, Argentina, Fələstin, Şimali Makedoniya, Portuqaliya və Monteneqro səfirliklərinə ciddi ziyan dəyib, pəncərələr, qapılar və tavanlar zədələnib", - deyə diplomat qeyd edib.

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью