Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukraynanın paytaxtı Kiyevin Podol rayonunda pilotsuz uçuş aparatı yaşayış binasına düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, hadisə yerinə təcili xidmət əməkdaşları göndərilib. Dronun düşdüyü ərazidə yanğın baş verib. Hazırda ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.
Sonradan Kliçko dəqiqləşdirib ki, dron Podol rayonunda yerləşən 6 mərtəbəli yaşayış binasının damına düşüb.
Bizim.Media