Rusiya Kiyevin mülki əhalisini bombalayır

03.07.2026

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kiyevin atəşə tutulması, Rusiya tərəfinin sülh danışıqlarını effektiv şəkildə dayandırmaq qərarından və ABŞ-ın Kiyevə kifayət qədər təzyiq göstərməməsi ilə bağlı gizli ittihamından (sözdə "Ankoric ruhu") sonra gərginliyin bir hissəsidir.

Bunu Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko Rusiyanın Kiyevi bombalamasına münasibətində deyib.

O, qeyd edib ki, "Dərin zərbələr" düşmənə təzyiq göstərmək üçün yeni bir strategiyaya çevrilir: "Təəssüf ki, ruslar tərəfindən Kiyevin mülki əhalisinin qəsdən öldürülməsi bu gün Ukrayna cəmiyyətinin həyatının bir hissəsinə çevrilib".

Xatırladaq ki, ötən gün Rusiyanın Kiyevə endirdiyi kütləvi zərbə nəticəsində həlak olanların sayı 27-yə yüksəlib.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью