Rusiya klubları “Qalatasaray”ın futbolçusunu istəyir

27.11.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Qalatasaray”ın futbolçusu Yunus Akgün klubdan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, Rusiya təmsilçiləri ÇSKA və “Zenit” türkiyəli vingerin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Klublar Yunus üçün 30 milyon avro ödəməyə hazırdır. İstanbul təmsilçisi futbolçu ilə bağlı qərarını verməyib.

Yunus bu mövsüm 17 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью