“Rusiya klubları “Qarabağ”dan güclüdür” Aleksandr Mostovoy

04.02.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Rusiya klubları “Qarabağ”dan güclüdür” - Aleksandr Mostovoy

Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Mostovoy yerli klubların səviyyəsini Azərbaycan çempionu “Qarabağ”la müqayisə edib. 

QOL.az xəbər verir ki, o, bu barədə “Sovetski sport” qəzetinə müsahibəsində bildirib.

Mostovoyun sözlərinə görə, mövcud format və legioner limiti Rusiya klublarına Avropa səhnəsində daha iddialı olmağa imkan verərdi:

“Hazırkı format və 15 legionerlə “Zenit”in Çempionlar Liqasının pley-off mərhələsinə çıxacağına şübhə yoxdur. SSKA da avrokubokların pley-offuna yüksələrdi. Bizim klublar “Kayrat” və “Qarabağ”dan güclüdür, amma əlbəttə ki, üzərində işləməli məqamlar var”. 

Qeyd edək ki, FIFA və UEFA-nın tətbiq etdiyi qadağaya görə Rusiya klubları və milli komandaları 2022-ci ilin fevralından beynəlxalq yarışlarda iştirak edə bilmirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью