Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
ÇSKA Mərakeş millisinin hücumçusu Youssef En-Nesiri üçün "Əl-İttihad"a 15 milyon dollar təklif etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur sosial şəbəkə hesabında paylaşım edib.
Moskva klubu 29 yaşlı futbolçunu qış "transfer pəncərəsi" dönəmində hücum xəttini gücləndirmək üçün potensial namizəd kimi nəzərdən keçirir.
En-Nesiri 2026-cı ilin fevralından etibarən "Əl-İttihad"da çıxış edir. Hücumçu bu mövsüm bütün turnirlərdə 16 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
29 yaşlı mərakeşli futbolçu daha əvvəl "Malaqa", "Leqanes", "Sevilya" və "Fənərbaxça" klublarının şərəfini qoruyub. O, "Sevilya"da çıxış etdiyi dövrdə iki dəfə Avropa Liqasının qalibi olub.
Qeyd edək ki, En-Nesiri Mərakeş millisinin heyətində 92 oyun keçirib və 25 qola imza atıb. Hücumçu milli komanda ilə birlikdə Afrika Millətlər Kubokunun da qalibi olub.