Rusiya klubu Azərbaycanda oynamış futbolçunu transferə çıxarıb

23.12.2024

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın "Ximki" klubu "Zirə"nin sabiq futbolçusu Nemanya Ancelkoviçlə yollarını ayırmaq istəyir.

"Report" xəbər verir ki, bu barədə yerli "Metaratings" nəşri məlumat yayıb.

27 yaşlı müdafiəçi baş məşqçi Frank Artiqanın qərarı ilə transferə çıxarılıb.

Qeyd edək ki, serbiyalı oyunçu 2021-2023-cü illərdə Azərbaycan klubunun formasını geyinib. Dekabrın 6-da FIFA "Ximki"yə sabiq oyunçuları Besard Saboviçə borcu olduğu üçün 2026-cı ilin yayınadək transfer qadağası qoyub.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью