Rusiya klubu braziliyalı hücumçu üçün 10 milyon avro ödəyəcək

28.01.2026

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Zenit" "Flamenqo"nun hücumçusu Uolles Yanı transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "O Globo" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Flamenqo" əvvəllər Uollesin Braziliyanın "RB Bragantino" klubuna 10 milyon avroya satılmasına razılıq vermişdi. Lakin qarşı tərəf transfer haqqını iki ilə bölməyi və ildə 5 milyon avro ödəməyi təklif edib. 

Bu isə "Flamenqo"nu narazı salıb. Rusiya klubu vəziyyətdən istifadə edərək Uolles üçün birdəfəlik 10 milyon avro təklif edib. Forvardın tezliklə Sankt-Peterburq təmsilçisinə keçəcəyi gözlənilir. 

Qeyd edək ki, 20 yaşlı futbolçu bu mövsüm Braziliya klubunun heyətində yeddi oyun keçirib, dörd qol vurub və iki məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью