Rusiya klubu “Fənərbaxça”nın müdafiəçisinə “elçi” düşüb

31.08.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Spartak" mərkəz müdafiəçisi Alexander Ciku üçün "Fənərbaxça"ya rəsmi təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə türkiyəli jurnalsit Elis Buse Araç məlumat yayıb.

Moskva klubu futbolçu ilə şəxsi müqavilə şərtlərini razılaşdıra bilsə, keçid baş tutacaq. Maaşla bağlı danışıqlar hələ də davam edir.

Qeyd edək ki, Qana millisinin də formasını geyinən Ciku "Fənərbağça"nın heyətində 75 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Avqustun əvvəlində mətbuatda Rusiya klubunun futbolçu üçün "Fənərbaxça"ya 5 milyon avro təklif etdiyi barədə xəbərlər yayılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью