Rusiya klubu milyardlıq borcunu bağladı

03.02.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Futbol üzrə Rusiya Premyer Liqasında çıxış edən Samaranın "Krılya Sovetov" klubu "RT-Kapital" kompaniyasına olan 1,1 milyard rubl (təxmini 24,5 milyon manat) həcmində borcunu bağlayıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında paylaşım edib.

Statusda məbləğin böyük hissəsinin klubun təəssübkeşləri tərəfindən, qalanının isə daxili imkanlar hesabına qarşılandığı bildirilir.

Yeri gəlmişkən, sözügedən borca görə kompaniya ötən ayın 21-də Arbitraj Məhkəməsinə klubun müflis elan edilməsi tələbi ilə müraciət ünvanlamışdı.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью