Rusiya klubu Rəhim Sadıxova elçi düşüb

30.07.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Turan Tovuz"un futbolçusu Rəhim Sadıxovun karyerasını Rusiyada davam etdirmək ehtimalı var. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

İddiaya görə, yarımmüdafiəçinin Rusiya təmsilçisi "Akron"un gündəmindədir. Tezliklə oyunçu ilə bağlı Tovuz klubuna sorğu göndərmək istəyirlər. Lakin komandanın baş məşqçisi Kurban Berdiyev Sadıxovun heyətdə qalmasını istəyir.

Qeyd edək ki, Rəhim Sadıxov karyerası ərzində Rusiyada "Torpedo"nun formasını geyinib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью