Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın "Ximki" klubu fəaliyyətini dayandırır.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist İvan Karpov sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, bu gün futbolçular son məşqlərinə çıxacaqlarına dair məlumatlandırılıblar. Bildirilib ki, futbolçular qarşılıqlı razılıq əsasında müqavilələrinə xitam verilməsi üçün sənədlər imzalamalıdırlar.
Qeyd edək ki, komanda Premyer Liqanı 12-ci pillədə başa vursa da, maliyyə problemlərinə görə növbəti mövsüm ölkə çempionatında iştirak etmək üçün lisenziya ala bilməyib. Ötən gün Rusiya Futbol Federasiyası klubun apellyasiya şikayətinin təmin olunmadığını bildirib.