Rusiya klubu Zirənin sabiq oyunçusunu göndərir

23.12.2024

Icma.az, Fanat saytına istinadən bildirir.

Rusiyanın "Ximki" klubu "Zirə"nin sabiq futbolçusu Nemanya Ancelkoviçlə vidalaşmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Metaratings" yayıb.

27 yaşlı müdafiəçi baş məşqçi Frank Artiqanın qərarı ilə transferə çıxarılıb.

Qeyd edək ki, serbiyalı oyunçu 2021-2023-cü illərdə Azərbaycan klubunun formasını geyinib. Dekabrın 6-da FIFA "Ximki"yə sabiq oyunçuları Besard Saboviçə borcu olduğu üçün 2026-cı ilin yayınadək transfer qadağası qoyub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью