Rusiya klubundan 20 milyon avroluq transfer

26.01.2026

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Braziliya təmsilçisi "RB Bragantino"nun hücumçusu Con Con karyerasını Sankt-Peterburqun "Zenit" klubunda davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin sözlərinə görə, Con tibbi müayinədən keçib və "Zenit"lə müqavilə imzalayıb. Sankt-Peterburq klubu hücumçu üçün 20 milyon avro ödəyib.

Qeyd edək ki, Con bu mövsüm "RB Bragantino"nun heyətində iki oyun keçirib və üç qol vurub. Keçən il o, 51 oyunda 13 dəfə rəqib qapılarına yol tapıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью