Rusiya klubunun hücumçusu: Təbii ki, Azərbaycanla bağlılığımı hiss edirəm

15.04.2025

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

Rusiyanın “Ximki” klubunun hücumçusu İlya Sadıqov əslən Azərbaycandan olmasından danışıb.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan Sadıqov bunları bildirib:

"Tarixi vətənim Azərbaycanla bağlılıq hiss edirəmmi? Əlbəttə ki, bəli. Orada çox olmamışam, bəlkə də 2-3 dəfə. Amma öz kökündən uzaqlaşa bilmirsən. Mən yarı rus, yarı azərbaycanlıyam. Dili bir az bilirəm, türkcəni də başa düşürəm, amma yaxşı danışmıram. Gec-tez Azərbaycan dilində öyrənmək istəyirəm".

İlya Sadıqovun 2021-ci il iyulun 1-dən “Ximki”də çıxış edir. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью