Rusiya klubunun iki futbolçusu eyni gündə vəfat edib

18.02.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Rusiyanın "POZ-Proqress" minifutbol klubunun iki futbolçusu Yan Juravlyov və Daniil Xilobok eyni gündə vəfat ediblər.

"Report" xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Y.Juravlyov 32, D.Xilobok isə 33 yaşında idi. Hər iki futbolçu 15 fevral gecəsi, yuxuda olarkən ölüblər.

Yerli mətbuatda ölüm səbəbi kimi onların naməlum maddədən zəhərləndikləri göstərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью