Rusiya klubunun prezidentinə xərçəng diaqnozu qoyulub AZƏRTAC

28.11.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 noyabr, AZƏRTAC

Rusiyanın “Ural” klubunun prezidenti Qriqori İvanova xərçəng diaqnozu qoyulub.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalist İvan Karpov məlumat yayıb. Funksioner hazırda Almaniyada müalicə alır.

Mənbənin sözlərinə görə, komanda Rusiya Premyer Liqasına vəsiqə qazanmasa, Q.İvanov klubdan ayrıla bilər.

Qeyd edək ki, Qriqori İvanov 2003-cü ildən “Ural”ın prezidenti vəzifəsində çalışır. Yekaterinburq təmsilçisi onun rəhbərliyi altında iki dəfə Rusiya Kubokunun finalına yüksəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью