Rusiya klubunun qadınlardan ibarət komandasının fəaliyyəti dayandırılıb

17.04.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın “Torpedo” klubunun qadınlardan ibarət hokkey komandasının fəaliyyəti dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Buna səbəb diqqətin əsasən kişilərdən ibarət komandaya yönəldilməsidir. “Torpedo” resursları optimallaşdırmaq üçün belə qərar qəbul edib.

Yeni mövsümdən etibarən kişilərdən ibarət komanda ev oyunlarını Nijni Novqorodda tikilən yeni buz arenasında keçirəcək.

Qeyd edək ki, “Torpedo”nun qadınlardan ibarət komandası müntəzəm mövsümü 62 xalla üçüncü yerdə bitirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью